DÜNYA

Trampı hakimiyyətdən sui-istifadədə günahlandırdı
06 OKTYABR
90

Trampı hakimiyyətdən sui-istifadədə günahlandırdı

2019-10-06 19:26:00

2020-ci il prezident seçkilərinin namizədi Co Bayden hesab edir ki, ABŞ başçısı Donald Tramp öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün sui-istifadə edir. Fins.az-ın məlumatına görə, bu barədə “The Washington Post” yazıb.

“Tramp məni məhv etməyəcək, və o, mənim ailəmi də dağıtmayacaq”, - Bayden bildirib.

Bayden deyib ki, Trampın öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı sübutlar gündən-günə artır.

Prezident seçkilərində Trampın gələcək opponenti əmindir ki, ölkə başçısı ABŞ lideri olmağa yaramır. Onun sözlərinə görə, Birləşmiş Ştatların indiki prezidenti şəxsi maraqlarını önə çəkmək üçün hər şey edir və amerikalılar haqda düşünmür.  

Bayden Trampı Ştatların ilk prezidenti Corc Vaşinqtonla müqayisə edib. Onun fikirnə görə, Vaşinqton heç vaxt yalan danışmayıb, Tramp isə düzünü deyə bilmir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır