DÜNYA

ABŞ-da 49 ilin rekord göstəricisi qeydə alınıb
05 OKTYABR
404

ABŞ-da 49 ilin rekord göstəricisi qeydə alınıb

2019-10-05 19:50:00

Rekord göstəricinin önümüzdəki günlərdə ABŞ iqtisadiyyatında müsbət təsirini əks etdirəcəyi şübhə doğurmur.

ABŞ məşğulluq departamenti  əmək bazarı ilə bağlı önəmli göstəriciləri paylaşdı. Rəqəmlərə görə, qeyri-kənd təsərrüfatı sahəsində məşğulların sayında 140 min nəfərlik azalma proqnozlaşdırılsa da göstərici 136 min artımla dərc edildi.

İnvestorlar üçün maraqlı məqam ABŞ-da işsizlik faizinin son 49 ilin rekordu olaraq 3,5% olaraq açıqlanmasıdır. Sonuncu dəfə buna yaxın rəqəm bu ilin may və iyun ayında 3,6% olaraq müşahidə edilmişdi. 

Rekord göstəricinin ABŞ iqtisadiyyatında önümüzdəki günlərdə əsas indekslərin ("PMİ","CPI") və ÜDM həcmində müsbət təsirini əks etdirəcəyi şübhə doğurmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır