DÜNYA

Trampın adanı almaq istəyi reklama çevrildi
04 OKTYABR
384

Trampın adanı almaq istəyi reklama çevrildi

2019-10-04 17:02:00

Qrenlandiya ABŞ-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır.Fins.az xəbər verir ki, bunu  Qrenlandiyanın Avropa Birliyindəki Nümayəndəliyinin rəhbəri Mininquak Kleyst deyib.

“Biz uzun illərdir Qrenlandiyada bazası olan ABŞ-la əməkdaşlıq edirik. Qrenlandiya və ABŞ arasında əməkdaşlığın gücləndirməkdə maraqlıyıq”, – deyə o bildirib.

Kleyst Trampın adanı almaqla bağlı təklifinin Qrenlandiyanın reklamına kömək etdiyini söyləyib:

“Biz artıq bəyan etmişik ki, biznes üçün açığıq, amma satılmırıq. Ümumiyyətlə isə bu söz ciddi reklam oldu, belə reklam kampaniyasının aparılması böyük pullar hesabına mümkün olardı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır