DÜNYA

ABŞ-ın neft ehtiyatları ilə bağlı AÇIQLAMA
19 SENTYABR
165

ABŞ-ın neft ehtiyatları ilə bağlı AÇIQLAMA

2019-09-19 16:40:00

Birləşmiş Ştatların xam neft ehtiyatları artır.Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,1 milyon barrel (0,3 faiz) artaraq 417,1 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,4 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 6,9 milyon barrel geriləmişdi.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 0,8 milyon barrel (0,3 faiz) artaraq 229,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,9 milyon barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,7 milyon barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır