DÜNYA

Səudiyyə neft hasilatını əvvəlki vəziyyətinə qaytardı
18 SENTYABR
150

Səudiyyə neft hasilatını əvvəlki vəziyyətinə qaytardı

2019-09-18 02:55:00
“Səudiyyə Ərəbistanı neft hasilatını operativ şəkildə əvvəlki vəziyyətinə qaytara bilib”.

Fins.az  “Röyters”ə istinadən xəbər verir ki, bunu Energetika naziri Əbüdl Əziz ben Salman deyib: “Hazırda neft dronların zavodlara hücumunadək olan səviyyədə istehsal olunur. Hasilat bu gün günorta bərpa edilib”.

Nazirin sözlərinə görə, “Saudi Aramco” şirkəti hücumlara baxmayaraq, müştəriləri qarşısında vəzifələrini yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır