DÜNYA

12 September
32

İran və Fransa prezidentləri arasında telefon danışığı olub

İran Prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.Fins.az xəbər verir ki, bu barədə İran Prezidentinin saytı məlumat yayıb.

Ruhani telefon danışığında nüvə sazişinin icrası barədə Avropa ilə yekun razılaşmaların əldə edildiyi halda İranın nüvə proqramına dair sazişin müddəalarının icrasına qayıtmağa hazır olduğunu bildirib.

Fransa Prezidenti Parisin bu istiqamətdə işləri davam etdirdiyini vurğulayıb.