DÜNYA

12 Sentyabr
12

Sindzo Abe hökuməti istefaya göndərdi

Yaponiya hökuməti tam tərkibdə istefaya gedib. Fins.az xəbər verir ki, Baş Nazir Sindzo Abe partiyasının seçkilərdəki qələbəsi ilə əlaqədar kadr dəyişikliyini həyata keçirib.

Bildirilir ki, hökumətin baş katibi Esihide Suqa və maliyyə naziri Taro Aso öz postunda qalacaq. Bundan başqa, iqtisadiyyat naziri Tosimitsu Moteqi ilə Xarici işlər naziri Taro Kononun yerləri dəyişdiriləcək.

İlkin məlumata görə, Nazirlər Kabinetinin tərkibinə ilk mərhələdə 13 nəfər daxil ediləcək. Həmçinin, hökumətin tərkibində əvvəllər iş təcrübəsi olan iki nəfər də yer alacaq.