DÜNYA

Parlamentdən baş nazirin təklifi ilə bağlı QƏRAR
10 SENTYABR
118

Parlamentdən baş nazirin təklifi ilə bağlı QƏRAR

2019-09-10 14:13:00

Boris Conson (Boris Johnson) bildirib ki, Brüsseldən “Brexit”-lə bağlı möhlət istəməyəcək. Çərşəmbə axşamına keçən gecə Britaniya parlamenti baş nazirin yeni seçkilərlə bağlı təklifini rədd edib.

 Böyük Britaniya parlamentinin aşağı palatası növbədənkənar seçkilərin keçirilməsi barədə təklifi yenidən rədd edib. Ölkənin baş naziri Boris Conson tərəfindən göndərilən müraciət icmalar palatasında səslərin lazım olan üçdə iki hissəsini toplaya bilməyib.  Beləliklə, “Brexit”-in təyin edildiyi tarixə - oktyabrın 31-dək ölkədə növbədənkənar seçkilərin keçirilməsi üçün daha imkan yoxdur. Bu barədə “DW” portalı məlumat verir.

Bu zaman Conson yeni qanuna rəğmən “Brexit” prosedurunun təxirə salınmasını istəmir. “Mən möhlət istəməyəcəm”, - deyə baş nazir icmalar palatasında bildirib. O, yeni seçkilər haqqında səsverməyə qədər deyib ki, təklif rədd ediləcəyi təqdirdə, AB-nin oktyabrın ortalarında keçiriləcək sammitində Birləşmiş Krallığın Birliyi oktyabrın 31-də “sazişsiz və ya sazişlə” tərk etməsi barədə  danışıqlar aparacaq.

Xatırladaq ki, bazar ertəsi Böyük Britaniyanın kraliçası II Yelizaveta sazişsiz sərt “Brexit”-in qarşısını almağa yönəlmiş qanunu təsdiqləyib. Sənədə əsasən, oktyabrın 19-dək AB ilə razılıq əldə olunmasa, Conson “Brexit”-in üç ay müddətinə təxirə salınmasını xahiş etməlidir. Bundan başqa, Consonun sərəncamı ilə Britaniya parlamentinin fəaliyyəti məcburi beş həftəlik dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır