DÜNYA

Conson son sözü dedi: Britaniya AB-dən bu tarixdə ayrılır
09 SENTYABR
164

Conson son sözü dedi: Britaniya AB-dən bu tarixdə ayrılır

2019-09-09 17:50:00

Parlamentin Breksitlə bütün cəhdlərinə rəğmən Britaniya Avropa Birliyindən oktyabrın 31-də çıxacaq. Fins.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Britaniya Baş naziri Boris Conson deyib.

“Breksitə həsr edilən danışıqlar və diskusiyala artıq uzun müddətdir davam edir. AB-də bu məsələni qapatmaq istəyirlər və mən də bunu istəyirəm. Biz AB-dən oktyabrın 31-də çıxacağıq. Əminəm ki, parlamentarilər bunun müdrik qərar olduğunu anlayacaqlar. Məni parlamentdə baş verə biləcəklər qorxutmur”, – deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır