DÜNYA

10 September
26

Netanyahu "Boris"ləri səhv saldı

İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Şurasının iclasında London səfərindən danışarkən səhvə yol verib. Netanyahu Böyük Britaniyanın Baş naziri Boris Consona “Boris Yeltsin” deyib. “Londonda Böyük Britaniyanın Baş naziri Boris Yeltsin və ABŞ-ın Müdafiə naziri ilə faydalı görüşlər keçirdim”.Netanyahu yanındakıların xəbərdarlığı ilə səhvini düzəldib və zarafat edib: “Dinləyib-dinləmədiyinizi yoxlamaq üçün belə dedim”. İsrail hökumətinin rəsmi internet səhifəsində video montajlanaraq yayımlanıb və Netanyahunun səhvinə yer verilməyib.

Netanyahu dekabr ayında da Azərbaycan əvəzinə Əfqanıstana səfər etdiyini deyib.