DÜNYA

10 September
29

Zelenskinin ABŞ-a səfərinin tarixi bəlli oldu

Ukrayna Prezidenti Vladimir Zelenski 23 sentyabrda ABŞ-a rəsmi səfər edəcək. Fins.az-ın məlumatına görə, bu barədə Ukraynanın Xarici işlər naziri Vadim Pristayko bildirib.

Onun sözlərinə görə, Zelenski ABŞ-da BMT Baş Assambleyasında iştirak edəcək.

XİN rəhbəri, həmçinin, qeyd edib ki, dövlət başçısının Vaşinqtona səfəri və orada amerikalı həmkarı Donald Trampla görüşünü tarixi də yaxın günlərdə açıqlanacaq.