DÜNYA

Küveyt əmiri ABŞ-da xəstəxanaya yerləşdirildi
09 SENTYABR
67

Küveyt əmiri ABŞ-da xəstəxanaya yerləşdirildi

2019-09-09 13:31:00

Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Caber əs-Sabah tibbi müayinə üçün ABŞ-da xəstəxanaya yerləşdirilib.Fins.az bununla bağlı ABŞ prezidenti Donald Tramp ilə planlaşdırılan görüş təxirə salınıb.

Qeyd edilir ki, Vaşinqton administrasiyasının rəhbəri və Küveyt əmiri sentyabrın 12-də Ağ Evdə görüş keçirməli idi. ABŞ Prezidentinin mətbuat xidmətinin verdiyi açıqlamada bildirilir ki, tərəflər Yaxın Şərq bölgəsindəki vəziyyətin inkişafını, təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorizmlə mübarizə məsələlərini müzakirə etmək niyyətində olublar.

KUNA-nın məlumatına görə, iki liderin görüşünün yeni tarixi daha sonra açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır