DÜNYA

Tramp bəzi ölkələrə yardımları dayandırmaq istəyir
07 SENTYABR
123

Tramp bəzi ölkələrə yardımları dayandırmaq istəyir

2019-09-07 23:41:00

ABŞ Prezidenti Donald Tramp xarici ölkələrə göstərdikləri yardımların yenidən bölüşdürülməsi, bu zaman lazımi qədər isti münasibətdə olmadıqları ölkələrə yardımı dayandırmaq barədə sənəd hazırladıb.

Belə bir addımın mühüm səbəbi Rusiya və Çinlə artan geosiyasi rəqabət fonunda yeni müttəfiqlər əldə etmək zərurətidir.

Nəticədə yardımların siyasi yox, humanitar mülahizələrə görə göstərilməsini nəzərdə tutan ənənəvi prinsipin pozulacağı da qeyd olunur.

Hazırlanan plana görə, ABŞ onların xarici siyasətinə uymayan, əksinə, əks mövqedə olan ölkələrə yardımları dayandırır. Bu addım daha çox bəzi Asiya, Afrika, Latın Amerikası ölkələrinə şamil oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır