DÜNYA

Türkmənistan prezidenti rus milyarderi özünə müşavir təyin etdi -ONA YAXTA BAĞIŞLAMIŞDI...
06 SENTYABR
223

Türkmənistan prezidenti rus milyarderi özünə müşavir təyin etdi -ONA YAXTA BAĞIŞLAMIŞDI...

2019-09-06 14:41:00

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov (Arkadağ-el atası) rusiyalı oliqarx, İtera şirkətinin təsisçisi Iqor Makarovu özünün neft-qaz üzrə müşaviri təyin edib.Bu barədə sənədin avqustun 29-da imzalandığı xəbər verilir.

Ötən mart ayında Türkmənistan dövlət telekanalı Makarovla Berdıməhəmmədovun birlikdə velosiped sürməsini göstərib. Telesüjetdə bu da deyilirdi ki, Makarov Türkmənistan prezidentinə son model yarış velosipedi hədiyyə edib.

Türkmənistan mediası xəbər verir ki, Makarov bu təyinatı “minnətdarlıqla” qəbul edib və “yüksək etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəciyini” deyib. Makarov habelə deyib ki, doğulduğu Türkmənistan Respublikasının çiçəklənməsinə töhfə verəcək.

Makarov keçmiş velosiped idmançısı və veloyarış üzrə SSRİ yığmasının keçmiş üzvüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır