DÜNYA

Pekin və Vaşinqton ticarət danışıqlarını davam etdirəcəklər
06 SENTYABR
69

Pekin və Vaşinqton ticarət danışıqlarını davam etdirəcəklər

2019-09-06 13:28:00

Çin Xalq Respublikası (ÇXR) ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət danışıqlarının davam etdirilməsi barədə razılıq əldə olunub.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Mənbə yazır ki, ticarət danışıqlarının on üçüncü mərhələsi gələn ayın əvvəllərində Vaşinqtonda keçiriləcək.

Bildirilir ki, bu barədə razılıq Çin Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Liu Xının Birləşmiş Ştatların ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin arasında bu günlərdə baş tutan telefon danışığı zamanı əldə olunub. Yeri gəlmişkən, bu ay ərzində danışıqlar qrupu görüşərək 13-cü mərhələdə müzakirəyə çıxarılacaq məsələləri aydınlaşdıracaq. Qeyd edək ki, ilin əvvəlində keçirilən ticarət danışıqları hələ ki, heç bir nəticə verməyib. Tərəflərin idxal rüsumlarını qarşılıqlı artırması isə iqtisadi əlaqələrdə gərginliyin daha da artmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır