DÜNYA

Tramp: "Krımı Barak Obamadan deyil, Ukraynadan alıblar"
05 SENTYABR
157

Tramp: "Krımı Barak Obamadan deyil, Ukraynadan alıblar"

2019-09-05 13:29:00

Prezident Tramp avqustun 26-ı “Böyük yeddilik”in Fransada baş tutan sammitində Rusiyanın qrupa geri qayıtmasını dəstəkləyib. Belə ki, Kreml Ukraynaya müdaxilə etdikdən və Krımı yarımadasını ilhaq etdikdən sonra Rusiya qrupdan kənarlaşdırılıb. Trampın sözlərinə görə, Rusiyanı beynəlxalq klubdan Barak Obama (Barack Obama) uzaqlaşdırıb, çünki Putinin onu “aldatdığını” düşünüb. Bu barədə “National Review” nəşrinin icmalçısı Cey Nordlinger  yazır.

O deyib ki, Krımı “prezident Trampdan deyil, prezident Obamadan alıblar. Belə bir hadisə baş verdiyi üçün prezident Obama narazı qalıb, çünki bu, onu xoşagəlməz vəziyyətə salıb, elədir? O, buna görə utanırdı. Bu səbəbdən Rusiyanı “Böyük səkkizlik”dən çıxarmaq istədi.”.Krımı Barak Obamadan deyil, Ukraynadan alıblar.

Ardınca Tramp deyir: “Prezident Obamaya sadəcə qalib gəldilər. Onlar Krımı onun prezidentlik dövründə aldılar. Heç yaxşı olmadı. İstənilən halda bunun qarşısını almaq mümkün idi və lazım idi. Lakin prezident Obama bunu edə bilmədi”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır