DÜNYA

"Brexit"-lə bağlı addımlar funtun qiymətinə yenidən kritik təsir göstərdi
05 SENTYABR
92

"Brexit"-lə bağlı addımlar funtun qiymətinə yenidən kritik təsir göstərdi

2019-09-05 12:32:00

Böyuk Britaniyanın Aİ üzvlüyündən sazişsiz çəkilməsi ilə əlaqədar sərmayəçi dairələrin artan narahatlığı üzündən funt-sterlinq məzənnəsi 2016-cı ilin oktyabr ayından etibarən ən aşağı həddinə enib. Fins.az son hərracda funtun dollara qarşı məzənnəsi 1,1968 dollaradək azalıb. İyul ayında funtun məzənnəsi 2017-ci ilin mart ayının minimum qiymətini təkrarlamışdı.

Xatırladaq ki, Böyük Britaniya Aİ-ni bu ilin mart ayında tərk edəcəkdi, lakin Baş nazir Tereza Mey tərəfindən sazişin imzalanması ilə bağlı bir neçə dəfə verilən təklifləri parlament qəbul etməyib. Nəticədə Böyük Britaniya Aİ ilə qarşılıqlı məqbul sayılacaq sazişi hazırlamaq üçün aprelin 12-dək, sonra da oktyabrın 31-dək möhlət alıb.

Yeni Baş nazir Boris Conson 31 oktyabr tarixindən Aİ üzvlüyündən bütün hallarda çıxmaq əzmindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır