DÜNYA

Yaponiya və ABŞ hərbiçiləri arasında kiberhücumların qarşısının alınması yarışı keçirilib
23 AVQUST
102

Yaponiya və ABŞ hərbiçiləri arasında kiberhücumların qarşısının alınması yarışı keçirilib

2019-08-23 09:53:00

Yaponiya özünümüdafiə qüvvələrinin əməkdaşları və ABŞ silahlı qüvvələrinin hərbi qulluqçuları kiberhücumlara qarşı ən yaxşı vərdişlərə malik olanların yarışında iştirak ediblər.

Fins.az-a xəbər verir ki, Yaponiya özünümüdafiə quru qoşunlarının və ABŞ silahlı qüvvələri kiberməktəbinin mütəxəssislərindən ibarət 12 komanda onlayn yarışda qarşılaşıblar.

İştirakçılar şəbəkənin daha tez təhlili və kodların şifrəsinin daha sürətlə açılması üçün yarışıblar.

Bildirilir ki, bu yarışlar Yaponiya özünümüdafiə qüvvələrinin ABŞ silahlı qüvvələrindən xahişi əsasında təşkil edilib. Yaponiya özünümüdafiə qüvvələrinin rəsmi nümayəndələri kibermüdafiə məsələlərində daha təcrübəli olan ABŞ silahlı qüvvələri ilə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır