DÜNYA

Türkiyə bu il azı 10 milyard dollarlıq tekstil məhsulları ixrac etməyi hədəfləyir
23 AVQUST
85

Türkiyə bu il azı 10 milyard dollarlıq tekstil məhsulları ixrac etməyi hədəfləyir

2019-08-23 09:29:00

Türkiyə 2019-cu ildə azı 10 milyard dollarlıq tekstil və xam maddələri ixrac etməyi hədəfləyir. Fins.az verir ki, bunu İstanbul Tekstil və Xammal İxracatçıları Birliyi (İTHİB) İdarə Heyətinin sədri Əhməd Öksüz bildirib.

"Bu il tekstil və xam maddələri sektoru olaraq 10 milyard dolların üzərində bir ixrac hədəfi qoymuşuq. 10 milyard dolları da keçəcəyimizə inanıram", - o deyib.Türkiyənin sektorda qlobal mənada da əhəmiyyətli bir mövqedə olduğunu qeyd edən Öksüz, "Türkiyə dünyanın yeddinci böyük tekstil tədarükçüsüdür. Dünyada söz sahibiyik və rəqabət gücümüzün yüksək olduğunu demək istəyirəm", - əlabə edib.

Valyuta məzənnələrinə də toxunan İTHİB İdarə Heyətinin sədri Əhməd Öksüz, bunları qeyd edib: "Məzənnələrin aşağı düşməməsi lazımdır. Bizim xarici ticarətdə əldə etdiyimiz üstünlük var. Burada valyuta məzənnələrinin də mühüm təsiri olub. Məncə Dollar/Türk Lirəsi məzənnəsi 5,50-6 arasında olmalıdır. Dollar/TL-nin 5,50-dən aşağı düşməsi ölkəmiz və sektorumuz üçün çox xeyirli olmayacaq. Çünki valyuta qalxdıqda bir çox xərc artıb. Beləliklə, məzənnələrin düşməməsi bu səviyyələrdə qalması mühümdür".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır