DÜNYA

Prezident Donald Tramp iqtisadçıların rəyi ilə razı deyil
20 AVQUST
113

Prezident Donald Tramp iqtisadçıların rəyi ilə razı deyil

2019-08-20 12:14:00

Fins.az xəbər verir ki, Amerikalı iqtisadçıların əksəriyyəti hesab edir ki, ABŞ-da 2021-ci ildən gec olmayaraq resessiya baş verəcək.Bu barədə Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiya tərəfindən 226 iqtisadçının iştirakı ilə aparılan sorğunun nəticələri barədə hesabatında məlumat verilib. 

Sorğunun yekunlarına görə, iqtisadçıların 34 faizi bəyan edib ki, 2021-ci ilədək ABŞ-da iqtisadi geriləmə baş verəcək. Qeyd etmək lazımdır ki, bu fikirlə cari ilin fevralında aparıcı iqtisadçıların yalnız 10 faizi razılaşmışdı.

Prezident Donald Tramp iqtisadçıların rəyi ilə razı deyil. O, ekspertlərin proqnozları barədə jurnalistlərin sualına cavabında deyib: “Mən resessiyanı görmürəm”. Məlumdur ki, iqtisadiyyatın vəziyyəti Trampın təkrar seçilmə kampaniyasının əsas elementidir. Prezident və onun müşavirləri 2020-ci ilin noyabrınadək - Prezident seçkiləri keçirilənədək ABŞ-ın iqtisadi inkişafı üzrə mənfi proqnozları yaxın buraxmamaqdan ötrü hər cür səy göstərirlər.

Ağ Evin ticarət üzrə müşaviri Piter Navarro bəyan edib ki, 2020-ci il ərzində ABŞ iqtisadiyyatı güclü olacaq. O qeyd edib ki, Prezident iqtisadi inkişafdan ötrü biznes dairələrinin nümayəndələri və həmkarlar komitələrinin liderləri ilə çox gözəl qarşılıqlı əlaqə yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır