DÜNYA

ABŞ digər ölkələrə yardımlarını 4 milyard dollardan çox azaldır
19 AVQUST
103

ABŞ digər ölkələrə yardımlarını 4 milyard dollardan çox azaldır

2019-08-19 13:29:00

ABŞ prezidenti Donald Trampın administrasiyası digər ölkələrə yardımların 4,4 milyard dollar azaldılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Fins.az xəbər veir ki, sənədə əsasən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xətti ilə yardımlar 2,4 milyard dollar, Dövlət Departamentinin xətti ilə yardımlar isə 2 milyard dollar azaldılacaq.

Layihənin ABŞ Konqresinə gələn həftə göndəriləcəyi bildirilir. Konqresmenlər 45 gün ərzində ya sənədi təsdiqləməli, ya da ondan imtina etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır