DÜNYA

Tramp ətrafını bir araya yığdı - Razılaşmaya hazırlıq
17 AVQUST
655

Tramp ətrafını bir araya yığdı - Razılaşmaya hazırlıq

2019-08-17 22:04:00

Əgər mümkün olarsa, ABŞ Əfqanıstan konfliktinin həlli ilə bağlı razılaşmaya imza atacaq.Fins.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.

“Az öncə Əfqanıstanla bağlı çox yaxşı görüşü başa çatdırdıq. Biz də bir çox əks tərəflər kimi razılaşmaya can atırıq”, - deyə o bildirib.

Mayk Pompeo isə öz Tvitter səhifəsində Trampla görüşdə onunla bərabər milli təhlükəsizlik üzrə müşavir Con Bolton, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad, MKİ rəhbəri Cina Haspel, Pentaqon rəhbəri Mark Esper, Baş Qərargah rəisi Cozef Danfordun iştirak etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır