DÜNYA

Tramp gözünü bu adaya dikdi, cavabı gecikmədi
16 AVQUST
319

Tramp gözünü bu adaya dikdi, cavabı gecikmədi

2019-08-16 20:32:00

ABŞ-ın “Wall Street Journal” nəşri prezident Donald Trampın dünyanın ən böyük adası – Qrenlandiyanı satın almaq istədiyini yazıb.

Fins.az xbər verir ki, Trampın hətta bununla bağlı təlimat verdiyi də qeyd edilib.

Ağ Ev rəhbəri 81%-i buzlaqlarla örtülü bu adanı hərbi məqsədlər üçün almağı düşünür.

Trampın bu istəyindən sonra Danimarkadan cavab gecikməyib. Danimarkanın keçmiş Baş Naziri Lars Rasmussen Amerika prezidentinin bu marağının bir zarafat olduğunu düşündüyünü deyib: “Bu əslində 1 aprel zarafatına oxşayır, ancaq mövsümü deyil”.

Qeyd edək ki, 2 milyon kvadrat metr ərazisi olan Qrenlandiyada 17 min əhali yaşayır. Ada 1814-cü ildən Danimarkanın tərkibinə keçib, 1979-cu ildə isə muxtar ərazi statusu alıb.

Xatırladaq ki, ABŞ-ın keçmiş Prezidenti Harri Truman da 1946-cı ildə Qrenlandiyanı 100 milyon dollara satın almaq istəmiş, ancaq Danimarkanın rədd cavabı ilə üzləşmişdi.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır