DÜNYA

17 August
29

Trampın sanksiyaları Rusiyanın neft şirkətlərinə 1 milyard dollar qazandırıb

ABŞ Prezidenti Donald Trampın İran və Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar, Rusiya şirkətlərinin xam neftinə tələbin artmasına səbəb olub. Bu vəziyyət Rusiya ixracatçılarının gəlirlərinin də artmasını təmin edi

Fins.az-ın "Bloomberg"ə istinadən xəbər verir ki, Rusiyanın neft şirkətləri Noyabr - İyul ayları arasında ən azı 905 milyon dollar əlavə gəlir əldə ediblər.

Rusiya neftinə tələbin artması ilə Ural xam nefti nizamlı olaraq ticarət olunmağa başlayıb. İran və Venesuelaya tətbiq olunan sanksiyalar, OPEC və tərəfdaşlarının hasilatı azaltmaları ilə əlaqədar olaraq neftdə rəqabət çətinliyi var.Rusiya Federal Gömrük Xidmətinə görə, Rusiya cari ilin ilk yarısında neftdən 58.5 milyard dollar ixrac gəliri əldə edib.