DÜNYA

Trampla Zelenskinin görüş vaxtı məlum oldu
16 AVQUST
78

Trampla Zelenskinin görüş vaxtı məlum oldu

2019-08-16 09:36:00

ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş payızda baş tuta bilər. Fins.az-ın  məlumatına görə, bunu ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor deyib.

O bildirib ki, liderlər arasında ilk görüş Varşavada və ya Nyu Yorkda keçirilə bilər: “Bu görüş çox qısa olacaq və liderlərə bir-birinə “Hello” demək və hal-əhval tutmaq imkanı verəcək”.

D.Tramp və V.Zelenski arasında ikinci görüş isə Vaşinqtonda, birinci görüşdən bir və ya iki ay sonra keçiriləcək və daha geniş olacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır