DÜNYA

Trampdan Çin prezidentinə təklif -GÖZLƏNİLMƏZ
15 AVQUST
189

Trampdan Çin prezidentinə təklif -GÖZLƏNİLMƏZ

2019-08-15 09:31:00

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Çin Xalq Respublikasının lideri Si Tsinpinə görüşməyi təklif edib. Fins.az xəbər verir ki, o bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.

Tramp qeyd edib ki, Çinin rəhbərini yaxşı tanıyır və onu böyük, xalqına hörmət edən lider hesab edir. “Şübhə etmirəm ki, prezident Si Honkonq problemini tez və insani yollarla həll etmək istəyəcək, o bunu bacaracaq”, - deyə amerikalı lider yazıb.

Paylaşımının sonunda Tramp “şəxsən görüş” yazaraq Si Tsinpinə görüşməyi təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır