DÜNYA

ABŞ Reyqanın səhvini təkrarlayır - Açıqlama
10 AVQUST
318

ABŞ Reyqanın səhvini təkrarlayır - Açıqlama

2019-08-10 17:58:00

Amerikalı konqresmenlər Rusiyaya qarşı “Şimal axını 2” ilə bağlı qanun layihəsini çox gec hazırlayıblar. Fins.az xəbər verir ki, bu iddia ilə “Blumberq” agentliyi çıxış edib.

“Sənəd hələ qəbul edilməyib, amma qaz kəməri artıq demək olar ki, hazırdır. Amerikalı konqresmenlərin fəaliyyəti layihəni dayandırmayacaq, amma bu, müəyyən zərər verə bilər. Bunlardan biri də qazın qiymətinin dəyişməsi ola bilər”, – deyə məqalədə bildirilib.

Oksford Enerji Tədqiqatları İnstitutu isə ABŞ-ın qaz kəmərinə mane olmaq cəhdlərini Reyqanın davranışlarına bənzədiyini bəyan edib:

“Reyqan administrasiyası da 1980-ci illərdə sovet qazının ixracını ixtisar etməyə cəhd edirdi. O zaman Vaşinqtonun fəaliyyətləri qeyri-effektiv olurdu və indi də eyni nəticəni burada görmək olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır