DÜNYA

"Forbes"-in siyahısına düşən milyarder barədə gözlənilməz qərar
09 AVQUST
75

"Forbes"-in siyahısına düşən milyarder barədə gözlənilməz qərar

2019-08-09 09:42:00

Braziliyanın Rio-de-Janeyro şəhərində ikimərtəbli imarətində ev dusdağı olan biznesmen Eyke Batista həbsxanaya göndərilib.

Fins.az xəbər verir ki, ötən il baş tutan məhkəmədə iş adamı 30 il həbs və 13,6 milyon dollar məbləğində cərimə cəzası alıb. O, qəbul edilən qərardan şikayət edib. Bu səbəbdən onu apellyasiya qədər ev dustağı ediblər. Bu gün isə Batistanı cinayət işinə əsasən həbsxanaya göndəriblər.

Milyarder müxtəlif maliyyə cinayətləri üzrə ittiham olunur. Batista bütün bunları inkar edir. O, həbsi ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Qeyd edək ki, Batista 2011-ci ildə “Forbes” jurnalının hazırladığı “Dünyanın ən varlı insanları” siyahısında səkkizinci yeri tuturdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır