DÜNYA

09 Avqust
12

Azərbaycanlı aparıcı 45 milyonluq meşə sahəsi alıb

Rusiyanın məşhur azərbaycanlı aparıcısı Nailə Əsgər-zadə Moskva vilayətinin Razdorı kəndi yaxınlığında 43 min kv.m-lik meşə sahəsi alıb. Fins.az-ın məlumatına görə,bu barədə ölkənin “Proyekt” nəşri yazıb.

Mənbə bildirir ki, sahənin təxmini dəyəri 45 milyon ABŞ dolları məbləğindədir. Aparıcı sahəyə ötən ilə sahiblənsə də, jurnalistlərə açıqlamasında həmin ərazinin ona məxsus olmadığını deyib. O, “Proyekti”in Dövlət Reyestr Xidmətinin çıxarışında sahənin sahibi kimi “Nailə Əsgər-zadə” göstərilməsi haqda sualını isə gülümsəyən “smaylik”lə cavablandırıb.

“Proyekt”in yazdığına görə, Nailə Əsgər-zadənin mülk siyahısına iki böyük ev də daxildir. O, onlardan birini 2011-ci ilin sentyabrında, digərini isə 2014-cü ildə alıb. Mənzillərin ümumi dəyəri 300 milyon rubl məbləğindədir.

“Proyekt” bildirir ki, Əsgər-zadə rəsmi şəkildə dövlət televiziyasında çalışsa da, dövlət qulluqçusu deyil. Telekanalın əsas aparıcılarının aylıq maaşı isə bir neçə min rubl təşkil edir.