DÜNYA

ABŞ-ın ən bahalı şirkətləri hansılardır?
08 AVQUST
80

ABŞ-ın ən bahalı şirkətləri hansılardır?

2019-08-08 11:36:00

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə Amerika Birləşmiş Ştatları  şirkətlərinin dəyərinə görə sıralamasını əks etdirən “UK 500” hesabatını dərc edib.Fins.az -ın məlumatına görə,  hesabatda göstərilir ki,  Birləşmiş Ştatların ən bahalı şirkəti Seattle mərkəzli “Amazon” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 24.6% artaraq, 187.9 milyard dollar olub.

“Apple” şirkəti 5% bahalaşaraq, 153.6 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Google” brendinin ümumi dəyəri isə 18.1% artaraq 142.75 milyard dollar olub.

Sıralamada dördüncü və beşinci yerlərlərə isə müvafiq olaraq, “Microsoft” (119.6 milyard $) və “AT&T” (87 milyard $) şirkətləri layiq görülüb.

2018-2019 illəri aralığında ən çox dəyər qazanan amerikan şirkəti isə “Netflix” olub. Belə ki, şirkət bu dövr ərzində 105% dəyər qazanaraq siyahıda 40-cı yerə yüksələ bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır