DÜNYA

08 Avqust
9

Elman Sadıqov: "Neft bazarı tamamilə başqa prinsiplər əsasında tənzimlənir"

Son günlər eftin ucuzlaşmasına səbəb kimi ABŞ və Çin arasında ticarət müharibəsinin şiddətlənməsi göstərilir. ABŞ Sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəyini açıqladıqdan sonra, Çin milli valyutası yuanın ucuzlaşmasına icazə verib.Bu gecə yenidən Brent neftinin qiyməti 55,92 dollaradək düşdükdən sonra 57,77 dollara yüksəlib. Bu barədə fins.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, “Qızıl sürətlə bahalaşır. Gözlənilən idimi? Bahalaşma gözlənilən idi. Lakin, bahalaşma sürəti gözləniləndən daha yüksəkdir. Qızılın hazırki səviyyəsi (1 unsiya = 1488 ABŞ dolları) sentyabrın əvvəlinə gözlənilirdi. Bu yüksək sürət isə risk və narahatlığın, gərginliyin sürətlə artdığını göstərməkdədir. Qızıl çox sürətlə güvənli liman funksiyasını yerinə yetirməkdədir. Qızıl eyni zamanda gümüş 2020-2025-ci illərdə formalaşmaqda olacaq yeni ticarət sistemində haqqında ən çox danışılıcaq əmtəə olacaq. Öncə də qeyd etdiyim kimi, neftin qiyməti FES-in faiz artırıb azaltması ilə hər hansı əlaqəsi qalmayıb. Neft bazarı tamamilə başqa prinsiplər əsasında tənzimlənir. Hətta burada tələb-təklif qanunu da acizdir. Proses əksinə gedir. Müəyyən qiymət nəzərdə tutulur, bu qiyməti saxlamaq üçün təklif tənzimlənir. Strateji hədəf ABŞ şist neftinin dünya bazarıdakı payının artmasıdır. Bu artan pay hansı ölkələrin neftinin hesabına həyata keçiriləcək sualına cavab aydındır. Faktiki olaraq, neft və qızılın qiymətləri arasında yaranan ciddi tərs mütənasiblik isə dünya iqtisadiyyatında qeyri-müəyyənliyin, risklərin artımını, iqtisadi inkişaf tempinin zəifləyəcəyini, nəticədə qızıla olan tələbin artacağı, neftə olan tələbin isə azalacağı ehtimallarını artırır”

Qeyd edək ki ekpertlər tərəfindən Ticarət müharibəsinin dünyanın iki böyük iqtisadiyyatı başda olmaqla qlobal iqtisadiyyata ziyan vuracağı, durğunluq yaranacağı və nəticədə neftə tələbin azalacağı ehtimal edilir.

Müəllif:Aynur Qəniyeva