DÜNYA

Elman Sadıqov: "Ən böyük risk Çinin qonşusu olan ölkələr və dünya iqtisadiyyatı üçün yaranır"
07 AVQUST
178

Elman Sadıqov: "Ən böyük risk Çinin qonşusu olan ölkələr və dünya iqtisadiyyatı üçün yaranır"

2019-08-07 13:19:00

ABŞ-la Çin arasında mövcud ticarət müharibəsi bütün dünyadakı iqtisadi proseslərə təsirsiz ötüşmür. Son iki gündə Çinin milli valyutası yuanın məzənnəsinin aşağı enməsi və yüksək devolvasiya riski qlobal iqtisadiyyatda volatilliyin artmasına gətirib çıxarsa da Çinin eyni zamanda bir sıra dövlətlərin iqtisadiyyatını təhlükəli risklələ üz-üzə qoyur.

Fins.az xəbər verir ki, bu barədə fikirlərini bölüşən iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, "Avqust və oktyabr ayları maliyyə böhranları tarixində digər aylara nisbətən ən çox təlatüm və böhranların, devalvasiyaların baş verdiyi aylardır. İkincisi, hazırda baş verən hadisələrin bir çoxu gözlənilən idi, öncə baş vermiş hadisələrin məntiqi davamıdır. Lakin, bəzi hadisələr baş verə biləcək ciddi təlatüm və resesiyaların ilkin siqnallarıdır. ABŞ-Çin ticarət müharibəsi daha sərt fazaya daxil olur. Gözlənilən idi. Son 2 il ərzində bütün çıxışlarımda bu ticarət müharibəsinin təsirinin gözlədiyimizdən daha çox olacağını qeyd edirdim. Bu proseslərin bütün dünya iqtisadiyyatına təsiri getdikcə artmaqdadır. ABŞ daha 300 milyardlıq Çin mallarına əlavə gömrük rüsumunu tətbiq etməyi düşünür. Çin isə çıxış yolu kimi Yuanı ucuzlaşdırır. Yuan psixoloji 7 baryerini keçdi. Hazırda 1 ABŞ dolları 7.0452 yuandır. Yuanın ciddi şəkildə ucuzlaşması Çin iqtisadiyyatı üçün müəyyən risklər yaradır .Bu risklər hələlik nəzarət altında olduğu üçün Çin bu devalvasiyaya gedir. Lakin Çin malları daha da ucuzlaşaraq digər ölkələrin ixrac etdiyi malları bazardan sıxışdırır, onların istehsalını ya zəiflədir, ya da məhv edir. Burada ölkəmiz də daxil olmaqla digər ölkələr isə daha çevik, proteksionist siyasət yürütməyə başlayacaqlar və buna məcburdurlar. Bütün bu hadisələr gözlənilən idimi? Bəli. ABŞ-Çin ticarət müharibəsinin kökləri 2000-ci illərin əvvəllərinə gedir. Cisco şirkəti Huawey şirkətinə qarşı iddia qaldırır, 2005-ci ildə Alan Greenspan müəlliflik hüquqları və yuanın süni devalvasiyası səbəbindən Çinə qarşı embargo təklif edir və sair. Bundan sonra nə baş verəcək? Bu ticarət müharibəsində yekun sülhün olma ehtimalı demək olar ki, 0-a bərabərdir. Nəticə isə yeni ticarət sisteminin yaranması olacaq. O səbəbdən bu ticarət müharibəsinin doğuracağı risklər hazırda hər bir ölkənin araşdırdığı prioritet məsələdir"

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır