DÜNYA

05 August
20

İran Fars körfəzində daha bir tanker saxladı

İran Fars körfəzində ərəb ölkələrinə yanacaq daşıyan tankeri saxlayıb.Fins.az-ın məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Bildirilib ki, saxlanılan tanker ərəb ölkələrinə 700 min litr yanacaq daşıyırmış. Tankerin 7 nəfərdən ibarət heyəti həbs edilib.

Xatırladaq ki, bundan əvvəl, iyulun 19-da Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri saxlanılıb.