DÜNYA

Tramp Rusiyaya görə narahatdır
01 AVQUST
136

Tramp Rusiyaya görə narahatdır

2019-08-01 13:42:00

ABŞ və Rusiya Prezidentləri arasında növbəti telefon danışığı olub.Fins.az-ın məlumatına görə, Donald Trampla Vladimir Putin iki ölkə arasındakı ticarət əlaqələrini və son günlər Sibiri bürüyən meşə yanğınlarını müzakirə ediblər. 

Nəşrin məlumatına görə, ABŞ-ın təşəbbüsü ilə baş tutan söhbət zamanı Tramp Sibirdə baş verən geniş meşə yanğınlarına görə narahat olduğunu ifadə edib.

Qeyd edək ki, Rusiyada meşə yanğınları üç milyon hektara yaxın ərazini əhatə edir. İyunun əvvəlindən bugünə qədər ən azı 11 bölgəni alov bürüyüb. Duman artıq Qazaxıstanın bir neçə bölgəsini, Karaqandin bölgəsini, Almatı vilayətinin şimal rayonlarını əhatə edib və Monqolustana çatıb.

Meşə yanğınları səbəbiylə Krasnoyarsk diyarı, İrkutsk bölgəsi və qismən Buryatiyada fövqəladə vəziyyət tətbiq edilib. 

Ümumdünya Meteoroloji Təşkilatının nümayəndələri hesab edirlər ki, tüstü və yanma məhsulları qlobal istiləşməni gücləndirə və Arktikada buzların ərimə sürətini artıra bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır