DÜNYA

İmamoğludan onu qınayanlara cavab - “Mənə tətil yaraşır”
01 AVQUST
175

İmamoğludan onu qınayanlara cavab - “Mənə tətil yaraşır”

2019-08-01 09:30:00

Həftəsonu ailəsi ilə Bodruma dincəlməyə gedən İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu onu müzakirə edənlərə cavab verib.

Fins.az-ın  “Haberler”ə istinadən məlumatına görə, bələdiyyə sədri “İstanbulun itiriləcək bir saniyəsi belə yoxdur” sözlərindən sonra tətilə çıxmasının mübahisələrə səbəb olmasından danışıb:

“Camaat müzakirə edir deyə mən tətilə çıxmayacam? Dincəlmək istəyəndə dincələcəm, istəməyəndə işimin başına keçəcəm. İldə bir dəfə məzuniyyət haqqım var. Mən insanam və bir bədənim var. Dolayı yolla dincəlməyə ehtiyacım var. Misal üçün, 10 gündə bir dəfə yaxşıca yatmaq istəyirəm. Buna kimsə mane ola bilməz. Bu, mənim haqqımdır. Tətil bəzi insanlara yaraşmır, amma mənə tətil də yaraşır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır