DÜNYA

Cavad Zərif: "ABŞ-ın 7 trilyonluq fiaskosu .."
31 İYUL
182

Cavad Zərif: "ABŞ-ın 7 trilyonluq fiaskosu .."

2019-07-31 10:24:00

ABŞ Yaxın Şərqdə Vyetnam savaşından sonra ən böyük uğursuzluğa düçar oldu.Fins.az xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində yazıb.

“Minillərlə tarixi olan iranlılar öz aqressorlarından daha güclü çıxdılar. ABŞ isə 7 trilyon dollar itirdi, regionumuzu qan gölünə döndərdi, ancaq nəticədə Vyetnam savaşından sonrakı ən böyük uğursuzluğunu yaşadı”, - Zərif qeyd edib.

Zərif ABŞ Prezidenti Trampı “B Qrupu”nun yalan tarixindən və sonsuz müharibə ehtirasından imtina etməyə çağırıb.

Qeyd edək ki, Zərif ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, İsrail Baş naziri Benyamin Netanyahu, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və BƏƏ vəliəhdi Məhəmməd bin Zaidin “birliyini” “B Qrupu” adlandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır