DÜNYA

Gürcü nazirdən lari AÇLIQLAMASI
31 İYUL
141

Gürcü nazirdən lari AÇLIQLAMASI

2019-07-31 10:19:00

Lari fundamental faktorların çox güclü olması ucbatından dəyər itirib. Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Mamuka Baxtadze söyləyib.“May və iyun ayları turizm gəlirləri baxımdan ən yaxşı dönəm idi. Turizm sektorundan böyük gəlirlərin olacağı gözlənilirdi. Təəssüf ki, baş verən hadisələrə görə bu reallaşmadı. Amma bu, yeganə faktor deyil”, - o bildirib. Qeyd edək ki, Rusiya ilə münasibətlərin pisləşməsindən dərhal sonra lari dəyər itirməyə başlayıb. Hazırda dollara münasibətdə Gürcüstanın milli valyutası 2,96 lari təşkil edir ki, bu da yerli valyuta üçün antirekord sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır