DÜNYA

108 milyard dollarlıq Vision Fund 2 fondu
31 İYUL
144

108 milyard dollarlıq Vision Fund 2 fondu

2019-07-31 09:48:00

Yaponiyanın SoftBank korporasiyası Vision Fund 2 adlı investisiya fondunun yaradıldığını elan etdi. Fins.az xəbər verir ki, ikinci fond 108 milyard dollarlıq investisiya vəsaitinə sahib olacaq. Bu fond ilk növbədə süni zəka texnologiyası ilə məşğul olan şirkətlərə investisiya yatıracaq. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib.

    Vision Fund 2 investisiya fondunun 108 milyard dollarlıq investisiya vəsaitinin 38 milyard dollarını SoftBank özü təmin edəcək. Yerdə qalan vəsaitləri isə Apple, Microsoft, Foxconn kimi şirkətlər ilə digər fond və texnoloji şirkətlərin yatıracaqları gözlənilir. Hal hazırda SoftBank əməkdaşlıq məsələsində bir neçə şirkətlər ilə danışıqlar aparır və nəticədə investisiya vəsaiti 108 milyard dollardan çox ola bilər.

    SoftBank-ın 100 milyard dollarlıq investisiya vəsaitinə sahib ilk Vision Fund fondu 2017-ci ildə yaradılmışdı. Birinci fondun əsas investoru qismində Səudiyyə Ərəbistan çıxış etmişdi. Belə ki, həmin vaxtda Səudiyyə Ərəbistan fonda 45 milyard dollar investisiya yatırmışdı. Bu ilin iyun ayında məlumat verilmişdi ki, SoftBank ümumilikdə 64.2 milyard dollar vəsait xərcləyərək 71 investisiya reallaşdırıb. Əsasən fond WeWork, Uber və Slack kimi şirkətlərə investisiya yatırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır