DÜNYA

Bu 5 ölkə neft bazarına nəzarət üçün yeni birlik yaradır
29 İYUL
131

Bu 5 ölkə neft bazarına nəzarət üçün yeni birlik yaradır

2019-07-29 14:56:00

İran, Türkiyə, Rusiya, Çin və Hindistan neft bazarına nəzarət etmək üçün yeni birlik yaradır.Fins.az xəbər verir ki, bunu Tehran Ticarət Palatasının enerji komissiyasının rəhbəri Rza Pedidar bəyan edib.

O, Beynəlxalq Enerji Agentliyinin neft bazarı və ölkələrin iqtisadi vəziyyəti ilə bağlı nəşr etdiyi hesabatında İran, Türkiyə, Rusiya, Çin və Hindistanın neft bazarına nəzarət etmək üçün yeni birlik yaratmağa başladıqlarını və dünya neft bazarında yeni iqtisadi halqanın formalaşdığını qeyd edib. Bildirib ki, BP-nin cari il üzrə qlobal enerjinin vəziyyəti ilə bağlı məlumatlarına görə, qalıq yanacaq növləri qlobal enerji istehlakının 84,7 faizini təşkil edir. ABŞ isə neft, təbii qaz və kömür istehsalına görə dünyada birincidir.

Çinin də neft istehsala görə yaxşı mövqedə qərarlaşdığını deyən R.Pedidar qeyd edib ki, ABŞ bu il ən böyük təbii qaz istehsalçısına çevrilib. Kanada, Çin və Norveç isə qlobal enerji istehsalçılarının ilk onluğunda qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır