DÜNYA

İtaliya baş nazirindən etiraf:“Moskvasız heç bir böhranı həll edə bilmərik”
27 İYUL
239

İtaliya baş nazirindən etiraf:“Moskvasız heç bir böhranı həll edə bilmərik”

2019-07-27 01:20:00

Rusiya beynəlxalq stabillik və təhlükəsizlik məsələlərinin həll edildiyi dünyanın əsas zonalarının hamısında praktik olaraq mərkəzi oyunçudur.

Fins.az-ın məlumatına görə, bunu İtaliyanın Baş naziri Cuzeppe Konte deyib.

O, Avropa İttifaqının Moskva olmadan heç bir böhranı həll edə bilməyəcəyini söyləyib.

Konte Rusiyanın Avropanın ən böyük qonşusu olduğunu bildirib.

Baş nazir həmçinin Avropanın ABŞ-Rusiya dialoqunda müşahidəçi statusunda qalmaması gərəkdiyini vurğulayıb. Bununla bərabər, o, İtaliyanın Rusiya ilə münasibətlərinin onun NATO ilə bağlı seçimini şübhə altına qoymadığını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır