DÜNYA

26 July
19

Onun Avropa Mərkəzi Bankına sədr təyin olunmasına razılıq verildi

Fins.az-ın məlumatına görə, Avropa Mərkəzi Bankının (AMB) Müşahidə Şurası, Avropa Birliyi üzvü ölkələrin liderlərinin Beynəlxalq Valyuta Fondunun hazırkı rəhbəri Kristin Laqardın (Christine Lagarde) AMB-yə sədr təyin olunması təklifinə etirazı olmadığı bildirilib. Avropa Mərkəzi Bankının sədri Mario Draghinin vəzifə müddəti 31 Oktyabrda başa çatacaq. Mario Draghi-nin yerinə Kristin Laqard gətirilir.

Müşahidə Şurasının razılığının Avropa Birliyinin rəsmi qəzetində dərc edilməsindən və Avropa Parlamentinin razılığının alınmasından sonra yeni sədr Avrpa Birliyi Şurası tərəfindən təyin olunacaq.