DÜNYA

Türkiyədə xaricdən gətirilən telefonların qeydiyyat xərci üç dəfə artırılıb
24 İYUL
178

Türkiyədə xaricdən gətirilən telefonların qeydiyyat xərci üç dəfə artırılıb

2019-07-24 11:58:00

Ölkəyə xaricdən gətirilən mobil telefonların qeydiyyata alınması haqqı keçən ilin noyabr ayında 150 lirədən (45,3 manat) 500 lirəyə (151 manata) qaldırılmışdı.Fins.az xəbər verir ki,  "Rəsmi qəzetə"də verilmiş məlumata  görə, 2019-cu il iyul ayının 19-da həmin xərc üç dəfə artırılaraq 1500 lirəyə (453 manat) çatdırılıb və hökumətin bu qərarı iyulun 20-dən qüvvəyə minib. Türkiyədə istifadədə olan hər on telefondan biri xaricdən gətirilərək qeydiyyata alınır. Qeyd edək ki, əvvəllər hər Türkiyə vətəndaşı xaricdən gətirdiyi telefonu 2 ildə bir dəfə ölkə sisteminə qeyd etdirə bilərdi, bir neçə ay əvvəl bu müddət uzadılaraq üç ilə çatdırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır