DÜNYA

ABŞ-ın dövlət katibi: “Biz İranla müharibə istəmirik”
23 İYUL
89

ABŞ-ın dövlət katibi: “Biz İranla müharibə istəmirik”

2019-07-23 09:53:00

ABŞ-ın dövlət katibi Maykl Pompeo İranı bütün dünya üçün təhlükə adlandırıb. Fins.az xəbər verir ki, bunu Amerika diplomatiyasının rəhbəri “Fox News” telekanalına müsahibəsində deyib.

“Biz İranla müharibə istəmirik. Biz istəyirik ki, onlar özlərini normal millət kimi aparsın. Məncə, onlar bunu başa düşür və mən düşünürəm ki, bütün dünya anlamağa başlayır ki, bu, real təhlükədir”, - dövlət katibi deyib.

“Bu, təkcə ABŞ, İsrail üçün yox, hamımız üçün təhlükədir”, - Pompeo qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır