DÜNYA

ABŞ-dan Çinin neft şirkətinə sanksiya
23 İYUL
89

ABŞ-dan Çinin neft şirkətinə sanksiya

2019-07-23 09:41:00

Fins.az-ın məlumatına görə, ABŞ Xəzinə Nazirliyi, Çinin neft şirkəti "Zhuhai Zhenrong"un və İcraçı direktoru Youmin Li-nin "İrandan neft almağa davam etdiyinə görə" sanksiya siyahısına daxil edildiyini açıqlayıb. Açıqlamda bildilrilir ki,   "Zhuhai Zhenrong" və rəhbərinə ABŞ-ın nəzarətindəki valyuta, bank və ya əmlak əməliyyatlarında iştirakı qadağan edilib. 

ABŞ, İran ilə ticarəti davam etdirənlərə sanksiya tətbiq edir.1994-cü ildə qurulan "Zhuhai Zhenrong" neft şirkətinin İran ilə güclü əlaqəyə malik olduğu və İran xam neftinin Çinə idxal edilməsini təmin edən ən böyük şirkətlərdən biri olduğu bilinir.ABŞ, 2015-ci ilin May ayında imzalanan nüvə müqaviləsindən 8 May 2018-ci ildə çıxdığını açıqlayıb və İranın neft ixracını hədəf alan sanksiyalar tətbiq etmişdir.

Çin ilk fazada bu sanksiyalara qarşı çıxaraq, xüsusən neft ticarətinə davam edəcəyini açıqlamış, ancaq sonra Vaşinqtondan gələn sanksiyalar səbəbilə İrandan neft alışını mərhələli olaraq azaltmışdı.İrandan neft idxalını tamamilə kəsməyən Çin, ABŞ-ın sanksiya açıqlamasından bu yana ilk dəfə ötən ay böyük miqdarda İrandan xam neft idxal etmişdir.

ABŞ-ın Çinli şirkətlərə tətbiq edəcəyi sanksiyalarda nə qədər irəli gedəcəyi qeyri-müəyyəndir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır