DÜNYA

Putin bu dövlətə qarşı sanksiyaları ləğv etdi
22 İYUL
278

Putin bu dövlətə qarşı sanksiyaları ləğv etdi

2019-07-22 17:30:00

Rusiya Prezidenti Vladimir Putin Eritreya dövlətinə qarşı sanksiyaları ləğv edib.Fins.az “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə o, müvafiq fərman imzalayıb.

Sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq  2009-cu ilin dekabrından tətbiq edilib. Bu sanksiyalarla bütün dövlət müəssisələrinin, hüquqi və fiziki şəxslərin Eritreyaya silah, döyüş sursatı, hərbi texnika və ehtiyat hissələrini gətirməsi qadağan edilib. Bundan başqa, təlim xidmətlərinin təmin edilməsi və hərbi fəaliyyətlə bağlı hər hansı texniki və ya maddi yardımın təmin edilməsinə qadağa qoyulub.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 2009-cu ildə Eritreyaya qarşı Somalidə silahlı qruplaşmalara dəstək göstərdiyinə görə sanksiyalar tətbiq edib, 2018-ci ilin noyabrında ləğv edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır