DÜNYA

22 İyul
6

İki nazir tanker böhranının müzakirə edib

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, İranın Hörmüz boğazında Böyük Britaniyaya aid bir tankeri saxlamasının ardından iki ölkənin xarici işlər nazirləri görüş keçirib.Jeremy Hunt və Cavad Zərif, tanker böhranı ilə iki ölkə arasında artan gərginliyi müzakirə ediblər. Böyük Britaniyanın Xarici işlər naziri Hant, Twitter hesabından verdiyi açıqlamada, Cavad Zərif ilə görüşdüyünü bildirib. Hant, Tehranın, ötən şənbə günü, gərginliyi azaltmağı istədiyinə dair verdiyi sözün əksinə hərəkət edərək, onları çox məyus etdiyini qeyd edib.Verilən sözlərin əmələ çevrilməsi lazım olduğunu bildirən Hant, "İngilis nəqliyyatı qorunmalı və qorunacaqdır da",- deyib.

Görüşə dair İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, iki nazir saxlanılan gəmilərlə bağlı fikir mübadiləsi aparıblar. Zərif, İnglitərənin İran neftini daşıyan neft tankerini qeyri-qanuni bir şəkildə saxladığını, ancaq Tehran rəhbərliyinin davranışının bunun əksinə olduğunu bildirib. İngiltərəyə məxsus gəminin beynəlxalq qaydalara zidd hərəkət etməsi səbəbilə İran Gəmi və Liman Müəssisəsinin tələbi ilə dayandırıldığını qeyd edən Zərif, "məsələnin qanunlara və hüquqa görə nəzərdən keçirilməsi lazım olduğunu" dilə gətirib.