DÜNYA

ƏDV-dən azad edilmiş məhsulların sayı çoxaldılıb
21 İYUL
258

ƏDV-dən azad edilmiş məhsulların sayı çoxaldılıb

2019-07-21 13:12:00

Ölkədə istehsal edilən qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkarlara verilmiş güzəştə əsasən, onlar əlavə dəyər vergisindən azad ediliblər. Fins.az Hökumətin qəbul etdiyi qərarda ƏDV-dən azad edilmiş məhsulların siyahısına mal, qoyun və toyuq əti daxil edilib. Güzəşt həmçinin bu il oktyabrın 1-dək xaricdən idxal olunan mal-qara və quşlara da aiddir. Bu ayın əvvəlində Prezident Şavkat Mirziyoyevin apardığı müşavirədə kənd təsərrüfatı məhsullarının emalı və qida məhsullarının keyfiyyətinin yüksəldilməsi müzakirə edilmişdi. Özbəkistanın dövlət rəhbəri müşavirədə qeyd etmişdi ki, kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, saxlanılması, emalı, qablaşdırılması və ixracı ilə məşğul olan mərkəzlərin sayının artırılması zəruridir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır