DÜNYA

ABŞ Prezidentindən qalmaqal yaradan açıqlama
16 İYUL
512

ABŞ Prezidentindən qalmaqal yaradan açıqlama

2019-07-16 09:34:00

ABŞ Demokrat Partiyasının üzvləri növbəti dəfə Prezident Donald Trampı irqçilik və ksenofobiyada ittiham ediblər.Fins.az-ın məlumatına görə buna Trampın “Twitter”də yaydığı bəyanat səbəb olub.

Bəyanatda deyilir: “ABŞ Konqresindəki digər ölkələrdən olan demokrat qadınlar dünyanın ən böyük və ən güclü ölkəsi ABŞ vətəndaşlarına hakimiyyətin necə idarə edilməli olduğunu deyirlər. Onların özlərinin gəldiyi ölkələrin hökumətləri dünyanın ən pis, ən rüşvətxor və ən bacarıqsız hökumətləridir”.

O, həmçinin demokrat qadın siyasətçilərə “geri qayıdaraq, gəldiklərin yeri tam məhv olmaqdan və cinayətkarlıqdan xilas etməyi” təklif edib.

“Məhz bundan sonra onlar gələrək bizə bunların necə edildiyini deyə bilərlər”, - ABŞ Prezidenti əlavə edib.

Tramp bu sözlərini kimə ünvanladığını deməsə də, miqrantların hüquqlarını qoruyan Konqres üzvləri, o cümlədən, müsəlman Raşidə Tlaib və İlhan Ömər bu bəyanata reaksiya veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır