DÜNYA

Neft dünyasında söz sahibi kimdir ?
15 İYUL
376

Neft dünyasında söz sahibi kimdir ?

2019-07-15 12:01:00

Gələn il neft istehsalçı ölkələri üçün ağır ola bilər. “OPEC” tələbatın sutkalıq 1,14 milyon barel artacağını gözləyir. Bu da cari ilin proqnozlarına uyğun gəlir. Həmçinin “OPEC” təşkilatına daxil olmayan ölkələrdə hasilat həcminin sutkalıq 2,4 milyon barel artacağı gözlənilir. Fins.az xəbər veir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

“OPEC”-in bazardakı payı artıq azalmağa başlayıb. Beynəlxalq Enerji Agentliyi iyulun 12-i aylıq hesabatını təqdim edib. Sənəddə deyilir ki, 2020-ci ilin başlanğıcında “OPEC” ölkələrində hasil edilən təmizlənməmiş neftə tələb sutkalıq 28 milyon barel azala bilər. Sonuncu dəfə kartel bu həcmdə nefti 2003-cü ilin yayında istehsal edib.

Həmişəki kimi bütün problemlərin mənbəyi ABŞ və onun şist nefti olub. 2020-ci ilə olan proqnoza əsasən, təşkilata daxil olmayan ölkələrdə hasil edilən artıq neftin 71%-i Amerikanın payına düşəcək. “OPEC+”-a üzv olan 10 tərəfdaş ölkənin payına isə cəmi 5% düşəcək.

10 tərəfdaş ölkənin payına düşəcək həmin cüzi artım kifayət qədər maraqlıdır. Həmin həcmin demək olar hamısı 2020-ci ilin birinci rübü başa çatdıqdan sonra Rusiyada neft hasilatında gözlənilən artımın nəticəsi olacaq. Hasilat həcminin məhdudlaşdırılması ilə bağlı “OPEC+” sazişinin müddəti məhz həmin vaxt başa çatacaq. Ona görə analitiklər ehtimal edir ki, Rusiya və bəzi başqa ölkələrdə hasilat həcmi yenidən artacaq.

Beynəlxalq Enerji Agentiyi öz proqnozunda Rusiyanın nəfsini saxlaya bilməsinə ümid edir. Ehtimal edilir ki, Rusiya tələbi 240% yerinə yetirəcək. Prezident Vladimir Putin isə hasilat həcminin məhdudlaşdırılması ilə bağlı sazişin müddətinin uzadılması haqqında Səudiyyə Ərəbistanı ilə əldə olunan razılaşmadan əsl şou düzəldib.

Məqalədə deyilir ki, bununla belə, xüsusi nizam-intizamı ilə tanınmayan böyük neft istehsalçısının intizam dərəcəsindən bu qədər asılı olmaq, ola bilsin, Səudiyyə Ərəbistanının xoşuna gəlmir.

İstər-istəməz neft getdikcə daha az hasil edilir. Dolayısıyla, nəzarət illüziyasını saxlamaq üçün Rusiyanın intizamı əsas amil olaraq qalır. Ən vacibi də odur ki, hasilatın həm real, həm ehtimal edilən məhdudlaşdırılması tələb baxımından perspektivin pisləşməsi kontekstində baş verir. Beynəlxalq Enerji Agentliyi 2019-cu ilin ikinci yarısında artımın bərpa olacağını israr etməyə davam edir. “OPEC” tərəfdən zəif proqnozları və pisləşən iqtisadi göstəricilər haqqında daim daxil olan məlumatları nəzərə alsaq, belə bir israr son dərəcə qəribə görünür. Sonuncu pis xəbər Sinqapurla Çindən gəlib. Belə ki, neftə olan tələbin əsas artım mənbələri məhz bu iki ölkə hesab edilir.

Zəif bazar şəraitində qiymətləri möhkəmlətmək məqsədilə hasilatı azaltmaq Sizif əməyidir. Məhz bu səbəbdən əvvəlcə 6 ay müddətinə imzalanan “OPEC+” sazişi bu yaxınlarda artıq üçüncü doğum tarixini qeyd edəcək. Nəticədə təşkilat Səudiyyə Ərəbistanının intizamına, müxtəlif xəstələrdən ibarət dəstəyə və ən əsası Moskvanın loyallığına ümid etməli olacaq. Bəs nələr yolunda getməyə bilər?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257