DÜNYA

15 July
19

“Fitch” Türkiyənin reytinqini azaldıb

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib.

Fins.az Report-a istindən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Qurumun reytinq üzrə proqnozu isə “Mənfi”dir.

“Fitch” qərarını Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə izah edib.

Xatırladaq ki, rəsmi Vaşinqton Ankara və Moskva arasında bu cür əməkdaşlığın əleyhinədir.